XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyul 2015 - 17:48

Bakıda biznesmenin yaxtası oğurlandı – Şikayət var

Bakı bulvarından yaxta oğurlanıb.

Strateq.az lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib.

Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış.
F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.
Qeyd edək ki, F.Abdullayev biznesmendir.