Taliban lideri Molla ömər ölüb. Strateq.az xəbər verir ki, bu məlumatı Əfqanıstan rəsmi kanalları yayıb. Maraqlıdır ki, Taliban liderinin 2 il bundan əvvəl Pakistanda öldüyü bildirilir. ABŞ tərəfindən başına 10 milyon dollar qoyulan Molla ömərin ölüm xəbəri Taliban tərəfindən nə təkzib, nə də təsdiq olunur.