XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 11:18

İŞİD-in 5 milyon dollarlıq lideri öldürülüb

adnani-sami

İŞİD-in xarici terror əməliyyatlarına rəhbərlik edən lideri Məhəmməd əl-Adnaninin öldürüldüyü təsdiqlənib.

Strateq.az xəbər verir ki, ilk dəfə Pentaqon tərəfindən irəli sürülən bu iddianı “xilafət”çilər də etiraf edib. İŞİD-ə yaxınlığı ilə tanınan “Amak” xəbər agentliyi faktı təsdiqləyib.

Adnaninin kim tərəfindən öldürülməsi isə xeyli müzakirələrə səbəb olub. Pentaqon onun ABŞ hücumu nəticəsində öldürüldüyünü bildirsə də, Rusiya hava hücumunun özləri tərəfindən həyata keçirildiyini irəli sürmüşdü. Daha sonra ABŞ növbəti açıqlama ilə hava hücumunun da özlərinə aid olduğunu bəyan etmişdi.

Pentaqon Adnaninin başına 5 milyon dollar qoymuşdu.