XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 12:26

300 yaşlı məscid İslam Kərimovun adını daşıyacaq –Qızından açıqlama (FOTO)

kerimov-islam-1

Özbəkistan paytaxtındakı məscidlərdən biri sabiq prezident İslam Kərimovun adını daşıyacaq.

Strateq.az-ın məlumatına görə, bu barədə Facebook səhifəsində mərhum dövlət başçısının kiçik qızı Lola Kərimova-Tilyayeva məlumat verib.

O bildirib ki, "İslom-ota" ("İslam ata") məscidi paytaxtın Fərqanə yolu küçəsində yerləşir.

Qeyd edək ki, üç yüz yaşlı bu qədim məbəd 2015-ci ildə yanğına məruz qalıb. Hazırda məsciddə əsaslı təmir-bərpa işləri gedir. Kompleksin ərazisi 5400 kvadrat metrə çatdırılıb. Bundan sonra bu məscid İslam Kərimovun adını daşıyacaq.

mescid-temirr

M.Rzasoy,

Strateq.az