XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 14:57

Macar baş nazir müsəlmanlardan qorxur:“Keçmişimizi itirə bilərik!”

viktor-orban

“Avropada hər gün müsəlman sayı artacaq, nəticədə qitə tanınmaz hala gələcək”.

Strateq.az xəbər verir ki, hər kəliməsi islamofobiya qoxuyan bu fikirləri Macarıstanın baş naziri Viktor Orban deyib.

Viktor Orbanı bu qədər təşvişə salan məsələ ölkəsinin kvotasına 1290 müsəlman qaçqının düşməsidir. Avropa Birliyinin (AB) tətbiq etmək istədiyi məcburi kvota həddinə qarşı çıxan macar hökuməti 2 oktyabr tarixində referendum keçirmək qərarına gəlib. Referendumda macar xalqı ölkələrinin qaçqın qəbul edib-etməməsinə səs verəcək.

Ümumxalq səsverməsinin lüzumu barədə parlamentdə çıxış edən baş nazir kvota haqqında referendumun hər hansı partiyanın planı yox, milli hadisə olduğunu vurğulayıb:

“Brüsselin siyasəti mədəniyyət fəlakətinə aparır. Yavaş, amma qarşısıalınmaz şəkildə Avropalı dəyərlərimizi, keçmişimizi itirə bilərik. Qaynamağa başlayan suya qurbağanın atılması kimi".

Avropadakı təhlükəsizlik probleminin özbaşına həll edilə bilməyəcəyini deyən baş nazirin fikrincə, Brüsselin səhv hesab və ümidlərinin üzərinə sis çöküb: “Əvvəlki təhlükəsiz vəziyyət özbaşına geri qayıtmaz. 440 milyonluq Avropada bir neçə milyon müsəlman immiqrantın problem olmayacağını düşünənlər yanılırlar".