XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 13:45

Nazirlik xəbərdarlıq etdi:"Havanın temperaturu 4-6 dərəcə enəcək"

yagis

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da və 17-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.