XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 14:56

Avropalı partiya lideri:"Hərbi xunta belə, Ərdoğan rejimindən daha yaxşıdır”

 

wilders

Hərbi xunta belə, bütün hallarda Ərdoğan rejimindən daha yaxşıdır”.

Strateq.az xəbər verir ki, bu sözləri Hollandiyanın Azadlıq Partiyasının sədri Geert Vilders 15 iyulda Türkiyədə yaşanan çevriliş cəhdi barədə çıxışında bildirib.

“BBC Türkçe”-nin məlumatına görə, Vilders heç hərbi çevrilişin baş tutmamasından kədərləndiyini də gizlətməyib. Hollandiya parlamentinin 15 iyul hadisəsinə həsr olunmuş xüsusi toplantısında çıxış edən partiya sədri sözlərinə belə başlayıb: "Təəssüf ki, 15 iyul çevriliş cəhdi uğurlu alınmadı”.

Vildersin bu sözlərinə Xristian Demokrat Partiyasının lideri Sibrand van Haersma Buma sərt reaksiya göstərib: "Ora demokratiyanın təmsil edildiyi bir yerdir. Bəyənsək də, bəyənməsək də Ərdoğan seçilmiş bir liderdir və çevriliş cəhdi seçilmiş iqtidara qarşı yönəlmişdi. Çevriliş uğurlu alınsaydı, nə baş verəcəkdi?" Bumanın bu sualını Vilders cavabsız qoymayıb: "Ərdoğansız bir dünya görəcəkdik. Buna çox sevinərdim”.

 Vilders Türkiyədə əsl çevrilişin Ərdoğan tərəfindən həyata keçirilidiyini və onun hələ də davam etdiyini söyləyib.

Daha sonra  Vilders 12 Sentyabr 1980 hərbi çevrilişinin ardından Avropadan Türkiyəyə ilk rəsmi səfərin Hollandiyadakı Xristian Demokrat hökumətinin nümayəndəsi tərəfindən edildiyini xatırladıb və Bumanı ikiüzlülükdə günahlandırıb. Buma isə rəqibinə "O zaman çevrilişin kim tərəfindən etdiyini bilirdik. Hazırda isə Türkiyədə əsgərlər belə kimin çevrilişçi olduğunu bilmir”-deyə cavab verib.