Milli Şuranın üzvü Sahib Kərimli bu qurumdan xaric edilib.
Bu qərar Milli Şuranın Koordinasiya Mərkəzinin 14 sentyabr tarixli iclasında qəbul edilib.
Milli Şuradan verilən məlumatda deyilir ki, S.Kərimli təşkilatın referenduma qarşı “Monarxiyaya yox, talana son!” şüarı ilə keçirdiyi mitinqlərin əleyhinə təbliğata qoşulub, hakimiyyətin apardığı gözdənsalma kampaniyasında iştirak edib. Bununla da təşkilatın məqsəd və vəzifələrinə qarşı çıxmış olub.
Buna görə də Koordinasiya Mərkəzi S.Kərimlinin bundan sonra Milli Şurada qalmasını yolverilməz sayıb və onun təşkilatdan xaric edilməsinə qərar verib.