XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 18:19

Prezident İlham Əliyevdən baramaçılarla bağlı sərəncam –Subsidiya ayrılacaq

Ilham Eliyev

Azərbaycan prezidenti İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilib.

Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək tapşırılıb.