XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 20:27

Böyük Britaniyalı səfirdən tarixi addım –Diplomat Həcc ziyarətində! (FOTO)

ingiltere-sefiri-hecc

Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kollins həcc ziyarətini yerinə yetirib.

Strateq.az xəbər verir ki, 60 yaşlı səfir ömrünün otuz ilini müxtəlif müsəlman cəmiyyətlərində keçirib.

Beş uşaq atası olan diplomat əslən suriyalı Huda əl-Mucarkeçlə ailə qurub. İraq, Qətər, BƏƏ, Yəmən, Hindistan və Tunisdə diplomatik xidmətdə olmuş S.Kollins 2011-ci ildə İslam dini qəbul edib.

O, həcc ziyarətini yerinə yetirən ilk xarici səfirdir.