XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 21:33

UEFA Avropa Liqası:"Qarabağ” məğlubiyyətdən son saniyədə xilas oldu (VİDEO)

qarabag-hoterbuq

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ” Çexiyanın "Slovan” klubunu sınağa çəkib. 

Strateq.az xəbər verir ki, Ağdam klubu vaxtı ilə bir sıra məşhur komandalarda top qovan Milan Baroşun təmsil olunduğu komanda ilə qarşılaşmada üstün oynasa da, iki dəfə hesabda geri düşüb. Belə ki, oyunun 1-ci dəqiqəsində Sukora hesabı açıb. Ancaq komandamız 7-ci dəqiqədə hesaba tarazlıq gətirib.

Oyunun ikinci hissəsində isə rəqib komandanın ulduzu Baroş hesabı dəyişən qola imza atıb – 1:2.

Oyunun 90+3-cü dəqiqəsində isə Rəşad Sadıqovun vurduğu qol sayəsində Qarabağ məğlubiyyətdən yaxa qurtarıb – 2:2.