XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 00:30

Nazim Hikmət də “erməni soyqırımı”nı tanıyırmış-İddia

nazim-hikmet

Böyük türk şairi Nazim Hikmət “erməni soyqırımı”nı qəbul edir və qarşılaşdığı bütün ermənilərdən buna görə üzr istəyirmiş.

Strateq.az xəbər verir ki, bunu şairin ögey qızı Anna Stepanova etiraf edib.

Turkrus.com xəbər portalına açıqlama verən Anna həmçinin Rusiya hökumətinin Nazim Hikməti ciddi şəkildə təqib etdiyini və onun ən yaxın dostları tərəfindən satıldığını bildirib: “1990-cı illərdə qısa müddətliyinə KQB arxivləri açılanda anam oraya getdi və üzü solğun şəkildə geri qayıtdı. Atam haqqında “donosları” onun ən yaxın dostları yazmışdı".

Anna mənəvi atasının erməni soyqırımını Orhan Pamukdan əvvəl tanımasıyla da fəxr edərək deyib: "Kommunistdi, ateisdi və inqilaba çağırış edirdi. Bu arada Nazim Hikmət Orxan Pamukdan çox əvvəl erməni soyqırımını tanımışdı və burada hər qarşılaşdığı ermənidən bunun üçün üzr istəməyə çalışır, özünü günahkar hiss edirdi".

Anna Stepanova Nazim Hikmətin sonuncu yoldaşı Vera Tulyakovanın ilk evlilikdən olan qızıdır.

Strateq.az