İnformasiya texnologiyaları nəhəngi Microsoftun qurucusu Bill Qeyts var-dövlətinin 95%-ni xeyriyyə məqsədilə ehtiyacı olanlara paylayacaq.
Strateq.az xəbər verir ki, bunu dünyanın ən zəngin adamı olan Bill Qeytsin özü deyib.
İtaliya mətbuatına açıqlama verən iş adamı atmağı planlaşdırdığı bu addımı sərvətinin ehtiyaclarından xeyli artıq qalmasıyla əsaslandırıb: “Uşaqlarıma yaxşı təhsil almaq imkanı verə bildiyim və onların həyatları boyunca pulla bağlı heç bir qayğılarının olmamasını təmin etdiyiniz üçün özümü şanslı hiss edirəm. Amma bu pulun 95%-i mənim və onların ehtiyaclarını ödəmələri üçün çoxdur. İzafi kapitalımdan başqalarına kömək üçün istifadə etmək istəyirəm".
60 yaşlı iş adamının bu xeyirxah təşəbbüsü ilk hadisə deyil. Məlumata görə, Bill Qeyts 2007-ci ildən bu yana xeyriyyə məqsədilə 38 milyard dollar xərcləyərək, 6 milyon yoxsulun həyatını xilas edib.
Bill Qeyts 80 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin insanı ünvanını illərdir əlində saxlayır. İş adamının sərvətinin 95%-i 76 milyard dollar edir. Bu vəsait Azərbaycanın 5 illik dövlət büdcəsi qədərdir.