XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 11:11

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində! –Müşavirə (FOTOLAR)

zakir-kerem-naxcivan

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Zakir Həsənov ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib.

Ərazinin xüsusiyyətləri nəzərə alınmaqla Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasir tipli döyüş texnikası və hərbi nəqliyyat vasitələrinə, o cümlədən "N" saylı hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti yoxlanılıb, ərazidəki digər infrastruktur sahələrinə baxış keçirilib:

"Nazir əsgərlərlə birlikdə nahar edib. Müdafiə nazirinin rəhbərliyi altında Ordunun komandanlıq heyəti ilə xidməti müşavirə keçirilib". 

Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu döyüş tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıran nazir coğrafi baxımdan strateji əhəmiyyətli məkanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının, hərbi intizamın və sosial-məişət şəraitinin yüksək səviyyədə olduğunu bir daha qeyd edib.

Müdafiə naziri ölkə və muxtar respublika rəhbərliyinin daim diqqəti ilə əhatə olunan Ordunun silahlanmasında ən müasir döyüş texnikası, silah-sursat, rabitə, kəşfiyyat-müşahidə və digər müdafiə əhəmiyyətli hərbi cihaz və avadanlıqların olduğunu xüsusi vurğulayıb.

Müşavirənin sonunda Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığında yüksək nəticələr əldə etmiş, hərbi xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya Müdafiə nazirinin əmri ilə medallar və qiymətli hədiyyələr təqdim olunub.