Baş məşqçi Bakıya gəlməkdən imtina edib
Ermənistanın boks millisi Bakıda I Avropa olimpiya oyunlarında iştirak edəcək.
Strateq.az Ermənistan KİV-ə isnadən bildirir ki, erməni boksçularının məşqçisi David Torosyan Bakıya gəlməkdən imtina edib və komandaya onun əvəzinə gənclər millisinin baş məşqçisi Karen Ağamalyan çıxış edəcək.
Boks Federasiyasının prezidenti Artur Gevorkyanın sözlərinə görə, “Biz döyüşdən imtina edə bilmərik. Biz Bakıya gedəcəyik, lakin başqa bir siyasi qərar qəbul olunsa, Ermənistanın digər komandaları kimi iştirak etməyəcəyik”.
Ermənistanın Bakıda idmanın altı növü – atıcılıq, sambo, dzüdo, güləş, boks və teykvando ilə çıxış edəcəyi gözləilir.