XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 14:29

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib –Bişkekdə

mdb

Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Qırğızıstan Xarici İşlər Nazirliyi açıqlamasında nazirlər tərəfindən 16 sənədin hazırlandığını bildirilib.

Bura MDB-nin 25 illiyi ilə bağlı üzv ölkələrin prezidentlərinin bəyanatı, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Nyurnberq tribunalının işinin yekunlaşmasının 70 illiyi, narkotika problemi, MDB-nin müasir reallıqlara uyğunlaşması, MDB əhalisinin siyahıya alınması, 2017-ci ilin “Ailə ili” elan olunması, 2018-ci ilin “Mədəniyyət ili” elan olunması, 2017-ci ildə Azərbaycanda “MDB-nin mədəniyyət paytaxtları” dövlətlərarası proqramın reallaşdırılması və digər sənədlər daxildir.

Həmçinin prezidentlər 2017-ci il MDB-yə sədrliyin hansı ölkəyə keçməsi ilə bağlı məsələni razılaşdıracaqlar.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Qeyd edək ki, MDB ölkələri dövlət başçılarının 25 illik yubiley sammiti Bişkekdə Qırğızıstan prezidenti Almazbek Atambayevin sədrliyi ilə günün ikinci yarısında baş tutacaq. İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. (APA)