Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevin prezidentliyə namizədliyi irəli sürülüb. MSK sentyabrın 16-da onun dekabrın 4-də keçiriləcək seçkilərdə mübarizə aparacağını bəyan edib.
Bundan əvvəl baş nazir olan Mirziyayev seçkidə əsas favorit hesab olunur. O, keçmiş prezident İslam Karimovun ölümündən bir neçə gün sonra – sentyabrın 8-dən prezidentin səlahiyyətlərini icra edir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, onun namizədliyi “Liberal-demokrat” partiyasından irəli sürülüb. Bu, ölkədə ən iri siyasi partiyadır.
Həmçinin “Milli dirçəliş demokrat Partiyası” prezidentliyə öz namizədini irəli sürüb. Sarvar Otamuradov parlamentin sədr müavinidir. Bu partiya ölkədəki 5 hökumətpərəst partiyadan biridir.
Qeyd edək ki, Qərb heç vaxt Özbəkistanda keçirilən seçkiləri azad və ədalətli saymayıb.
78 yaşlı keçmiş prezident İslam Karimov avqustun 28-də insult diaqnozu ilə xəstəxanaya götürülüb, sentyabrın 2-də isə vəfat edib. (Azadlıq.org)