XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 15:44

Azərbaycanda manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırıldı –Rəsmi

manat

Azərbaycan banklarında manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi bu gündən etibarən 12%-dən 15%-ə qaldırılıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə çatdırmasından sonra atılıb: “Təbii ki, sığortalı əmanətlərin faizinin artırılması bankların cəlb etdiyi vəsaitləri bahalaşdıracaq, amma təcrübə göstərir ki, tədricən faizlərdə azalma olur”.

Report