XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2016 - 16:14

Nazir rəisi və işçilərini azad etdi, prokurorluğa şikayət elədi –Kollegiyada sərt qərarlar (FOTO)

heyder-esedov-iclas

Kənd Təsərrüfatı Nazirliyində (KTN) Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar Kollegiya iclası keçirilib.

Strateq.az KTN-ə istinadən xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizdə müqəddəs Qurban bayramı münasibətilə hər il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir sıra məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Qeyd edilib ki, Qurban bayramı ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində işləmiş, ət kəsimi məntəqələrində baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarət  artırılmış, əhalinin ucuz və keyfiyyətli qurbanlıq heyvanları ala bilmələri üçün lazımi işlər görülüb.

Bununla belə, Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunub. 

Belə ki, Nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən  narazılıqlar daxil olmuşdur. Həmçinin  baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilir.

Kollegiyada ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə  və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə, Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmamışdır.

İclasda müddəti başa çatdığı nəzərə alınaraq, kollegiyanın qərarına əsasən, Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Eyni zamanda, idarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən  azad edildi, həmin  Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.

Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Strateq.az