«Danışıqların tonu sərtləşərsə, Birləşmiş Krallıq «Brexit»dən (Avropa Birliyini tərk etmək) imtina edə bilər».
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Daily Telegraph» bu proqnozu Avropa Birliyindəki yüksək rütbəli məmurlara istinadən yayıb.
Adlarının çəkilməsini istəməyən müsahiblər qəzetə bildiriblər ki, Berlin, Paris və Brüsselin sərbəst hərəkətetməyə dair şərtləri sərtləşdirəcəyi təqdirdə, Britaniyanın Avropa Birliyindən çıxacağına inanmırlar:
Beşdən çox mənbə qəzetə bildirib ki, Britaniya bürokratik kabusun reallıqları ilə üzləşsə, «Brexit»i sona qədər davam etdirə bilməyəcək. Üstəlik ortada Britaniyanın öz iqtisadiyyatına vura biləcəyi ziyan da var.
«Brexit»lə bağlı danışıqlarda iştirak edən bir britaniyalı məmur isə bütün bunları Avropa Birliyinin oyunu adlandırıb: «Yəqin Avropa Birliyində hesab edirlər ki, onların bu oyunu bizi fikrimizdən daşındıracaq. Bu çox təhlkəli oyundur və çətin ki sonu uğurlu ola».