XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 22:08

“Rusiya Ermənistana “İsgəndər” raketlərini satmaz” –Azərbaycanlı general

isgender-raket-ermenistan

“Sabah Ermənistanda keçiriləcək hərbi paradda “İsgəndər” raketlərinin nümayiş etdirilməsi hələ bu dövlətin hərbi gücündən və qüdrətindən xəbər vermir. Ermənistan parada bu raketi çıxartması hələ o demək deyil ki, onların ordusu bizimkindən güclüdür”.

Strateq.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib.

General-leytenant bildirib ki, Ermənistandakı “İsgəndər” raketləri içi boş olan korpuslardır və bu Azərbaycanı qorxuda bilməz:

Yaşar

“Hələ bilmək olmaz, Ermənistanın sabah paradda nümayiş etdirəcəyi həmin raketlər həqiqətən “İsgəndər”in özüdür, yoxsa sadəcə içi boş korpuslarıdır? Digər tərəfdən isə bu gün Azərbaycan silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının "İsgəndər" raketinə qarşı cavab verə biləcək çox güclü müdafiə sistemləri və arsenalı var. Qəti şəkildə bunun Azərbaycanda qarşı heç bir hərbi təhdidi, riski və qorxusu ola bilməz. Ermənilər hansı adımı atsa, biz hər zaman buna adekvat, qabaqlayıcı və irəliləyici addımlar atırıq”.

Yaşar Aydəmirov söyləyib ki, Rusiya Ermənistana "İsgəndər" raketini satmaz: “Ümumiyyətlə, Ermənistanda həmin "İsgəndər" raketlərinin özünün əslinin olmasına inanmıram. Çünki Rusiya heç vaxt Ermənistana bu raketləri sata bilməz. Ən azı ona görə ki, Rusiya dəfələrlə bəyan edib ki, "İsgəndər" raketini satmayacaq”.

Ehtiyatda olan general-leytenant hesab edir ki, Ermənistandakı bu raketlər Rusiyanın ola bilər: “Ola bilsin ki, Rusiya Ermənistandakı hərbi bazalarında "İsgəndər" raketlərini yerləşdirib, amma satması inandırıcı deyil. Çünki bu raketlərin qiyməti çox bahadır və Ermənistan heç vaxt bunu ala bilməz”.