XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 11:44

ABŞ-ın sabiq dövlət katibi İsrailin hərbi sirrini üzə çıxardı:200 nüvə silahı İrana tuşlanıb

kolin-povel

 

“İsrailin 200 ədəd nüvə başlıqlı silahı var və onların hamısının üzü İrana tərəf tuşlanıb”.

Strateq.az xəbər verir ki, bu sözlər ABŞ-ın sabiq dövlət katibi Kolin Pauelin amerikalı bir investora yazdığı məktubunda qeyd olunub.

Pauelin bu etirafı cümhuriyyətçilərin 2015-ci il mart ayında kiber hücumu nəticəsində ortaya çıxıb. Daha sonra “DCLeaks” adlı internet saytında ictimailəşdirilən e-mail yazışmalarında Pauel ABŞ-lı investor Ceffrey Leedsə İranla aparılan nüvə danışıqlarının mümkün nəticələri barədə öz təxminlərini yazıb. Məktubunda İranın nüvə silahlarına sahib olması ehtimalı üzərində dayanan sabiq dövlət katibi, bu fərziyyənin mümkünlüyü halında  belə, onun İsrail üçün təhdid təşkil etmədiyi vurğulayıb: “İran nüvə silahları istehsal etsə belə,  bu gücündən İsrailə qarşı istifadə edə bilməz. Çünki Tehrandakılar İsrailin 200 nüvə silahının üzünün İrana tərəf tuşlandığının və bizim də minlərlə eyni raketlərə sahib olduğumuzun fərqindədirlər”.

1989-93-cü illərdə ABŞ-ın Baş Qərargah rəisi, 2001-2005-ci illərdə isə Corc Buş hakimiyyətinin dövlət katibi vəzifələrini icra edən Kolin Pauel ölkəsinin və müttəfiqlərinin hərbi qüdrəti barədə ən məxfi hərbi informasiyalara malik şəxs kimi tanınır. Bu səbəbdən də onun iddialarına ciddi mənbə kimi baxılır.

Sabiq dövlət katibinin İsrailin nüvə potensialı haqqında irəli sürdüyü iddialar bu günə qədərki təxminləri alt-üst edir. Belə ki, indiyədək İsrailin daha az nüvə gücünə sahib olduğu bilinirdi. Amerika Akademiklər Federasiyası İsrailin cəmi 80 ədəd nüvə başlıqlı silahı olduğunu təsbit etmişdi. Kolin Pauel isə bu güçün təxmin ediləndən 2.5 dəfə çox olduğunu ortaya qoyub.

Strateq.az