XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

31 İyul 2015 - 13:04

Davudoğlu: “Silahı yerə qoy, sonra danışarıq”

“Hərbi əməliyyatlar PKK silahları buraxana, İŞİD təhdid olmaqdan çıxana qədər fasiləsiz şəkildə davam edəcək”

Strateq.az xəbər verir ki, bu sözlər Türkiyənin baş naziri Əhməd Davudolu bildirib. O, Türkiyəni ittiham edənlərə atəşkəsi PKK-nın pozduğunu xatırlatmağı da unutmayıb: “11 İyulda KCK (kürd separatçı təşkilatlarının ittifaqı) atəşkəsi bitirdiyini açıqlamışdı. İndi sülh göyərçini uçuranlar bunları görməlidirlər. Hücumlara cavab verməsəydik, bu gün ölkəmizdə pessimizm ruhu hakim olardı”.

Buna baxmayaraq, sülh yoluyla həll prosesindən geri çəkilməyəcəklərini bildirən baş nazir sülh şəraitindən pis məqsədlərlə istifadə olunmasına icazə verilməyəcəyini də əlavə edib.

Xatırladaq ki, bu gün MHP lideri Dövlət Baxçalı AKP-ylə koalisiya qurmaq üçün partiyalarının 5 şərtini açıqlamışdı. Şərtlərdən biri də “çözüm” prosesinin təxirə salınmasıyla əlaqədardır. Güman olunur ki, Davudoğlu son fikirlərini Baxçalıya cavab olaraq səsləndirib.