XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 18:17

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yaydı:"Bir neçə nəfər saxlanılıb"

polis

 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün – sentyabrın 17-də Yasamal rayonundakı "Məhsul" stadionunda keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Sentyabrın 17-də Yasamal rayonundakı "Məhsul" stadionunda saat 15.00-dan 17.00-dək davam edən toplantıda özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib,  xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər.

Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb. Araşdırma aparılır."