Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində hazırlıq işləri başa çatıb.
Ankaradakı diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Məntəqədə konsulluq qeydiyyatında olan seçicilər səs verəcəklər. (Azərtac)