XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2016 - 17:36

Bakı Şəhər Baş Polis İdarəsi :“Müsavat Partiyasının mitinqində 500 nəfərədək adam iştirak edib"

mitinq

Bu gün “Müsavat” partiyasının Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.  (APA)