XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2016 - 18:37

Prezident Administrasiyası rəhbərinin müavini öldü –Ukraynada

 

ukraine

Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.

Bunu bu gün Ukrayna Polisinin təmsilçisi Yaroslav Trakalo açıqlayıb.

İlkin məlumata görə, A. Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.

Qeyd edək ki, A. Taranov  26 dekabr 2014-cü ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.  (APA)