XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 14:37

Nazir müavini:"Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70% artıb"

nn

Bu gün Bakıda II "İran Project" sərgisi işinə başlayıb.
Sərgidə İranın neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə şirkətləri öz məhsullarını nümayiş etdirilir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev açıqlamasında bildirib ki, sərgidə 50-dən çox İran şirkəti iştirak edir. "Ümumiyyətlə, bu cür tədbirlər iqtisadi əlaqələrin genişlənməsi, ticarət və investisiya əməkdaşlığının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir", – deyə nazir müavini qeyd edib.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə toxunan S. Babayev qeyd edib ki, cari ilin 7 ayı ərzində ticarət dövriyyəsi 70% artıb: "Azərbaycandan İrana ixracın həcmi ikiqat artdığı halda, qonşu ölkədən Azərbaycana idxalın həcmi 58% artıb". (APA)