XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 10:41

“Petkim”-də növbəti polis əməliyyatı:SOCAR-ın Türkiyə layihəsində FETÖ izi axtarılır

petkim

Azərbaycanın Türkiyədə 6 milyard dollarlıq layihəsi olan “Petkim”-in ad ətrafında mübahisələr bitmək bilmir. Fəthullah Gülənə bağlılıqda günahlandırılan “Petkim”-də son bir  ay içərisində bir neçə dəfə  polis əməliyyatları aparılıb.

Strateq.az xəbər verir ki, İzmirdə yerləşən “Petkim” bu gün yenə polis əməliyyatları ilə yuxudan oyanıb.

Şirkətin 4 ayrı ünvanda yerləşən yaşayış binalarında FETÖ istintaqı çərçivəsində əməliiyat keçirilir. Əməliyyat davam edir.

Qeyd edək ki, bu günə qədər SOCAR-a bağlı şirkətin təsislərində 2 dəfə axtarış aparılıb və 31 adam istintaqa cəlb olunub. Onlardan 25 nəfəri tutulub. Tutulanlar arasında azərbaycanlılar da var.