XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 11:49

İsrail NATO-da ofis açdı

 

nato

İsrail NATO-nun Brüsseldəki mərkəzində nümayəndəlik açıb.

Strateq.az xəbər verir ki, bu, İsrailin NATO-ya girməsinə Türkiyənin uzun illərdən bəri qoyduğu vetonu ləğvindən sonra mümkün olub.

İsrailin AB-indəki səfiri Aharon Leshno-Yaar bununla bağlı NATO-nun baş katibi Cens Stoltenberqə etimad məktubu göndərib. Səfir məktubunda İsrailin NATO ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək yazıb: "Daimi nümayəndəlik açılması İsrailin bölgədə sülh və sabitlik axtarışında olduğunu göstərir.

Xatırladaq ki, bu ilin may ayında İsraillə münasibətlərini normallaşdıran Ankara vetonu qaldırmışdı.