Akif Çovdarovun məhkəməsi təxirə salınıb. Buna səbəb Çovdarovun vəkilinin nəhkəmə prosesində iştirak edə bilməməsi olub.
Təqsirləndirilənlərdən Akif Əliyevin vəkili Cavid Rzazadə jurnalistlərə bildirib ki, Çovdarovun vəkilləri məhkəmə ilə bağlı məlumatlandırılmayıb.
A.Çovdarov dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
Proses oktyabrın 4-də təyin edilib.
Vəkil bildirib ki, cinayət işi üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb. İş üzrə şahidlərin sayı 300 nəfərdən çoxdur.
Musavat.com