XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 15:23

“Aydın məsələdir ki, dollar iki manatı keçəcək” –Ekspertdən proqnoz

ekrem-1.jpg

"Manat öz bazar dəyərini tapana kimi, ucuzlaşa -ucuzlaşa gedəcək".

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov ABŞ-ın Federal Ehtiyatlar Sistemi FED-in bu həftəki faiz qərarının nəticələri haqda danışarkən deyib.

Əkrəm Həsənov bildirib ki, FED uçot dərəcəsini qaldırsa dolların dünyada bahalaşması gözlənilir:

"Xatırladım ki FED axırıncı dəfə ötən ilin sonunda faiz dərəcəsini qaldırdı. Bundan dərhal sonra bizdə ikinci devalvasiya oldu. Təbii ki, bizdə ikinci devalvasiya yalnız bununla bağlı deyildi.

Başqa səbəbləri də var idi. Ümumən valyuta gəlirlərimizin azalması ilə bağlıydı. Dollar bahalaşırsa, deməli, manat daha da ucuzlaşacaq. Bunun mənfi təsirləri olacaq".

Ekspertin sözlərinə görə, yaxın 6-7 ayda manat xeyli ucuzlaşacaq:

"Bu birdən də ola bilər, tədricən də. Yay ərzində manat 10 faiz ucuzlaşıb.

Məsələn, mayda birdən-birə 10 faiz ucuzlaşsaydı, hamı deyəcəkdi ki, manat ucuzlaşdı. Amma bunu tədricən etdilər. Aydındır ki, manat öz bazar dəyərini tapana kimi, ucuzlaşa -ucuzlaşa gedəcək. Bazar dəyərini konkret demək mümkün deyil.

Bazar deyiriksə, elə qiyməti bazar müəyyən etməlidir. Amma aydın məsələdir ki, dollar iki manatı keçəcək. Bu proses hələ ki davam edir".

Qaynarinfo.az