XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 16:03

Ankara Baş Prokurorluğu:"Fətullah Gülən ikinci hərbi çevrilişə hazırlaşır!"

gulen_1

"Fətullah Gülən ikinci çevrilişə hazırlaşır. Onun hələ də deşifrə olunmamış FETÖ mənsubu hərbi və sivil yetkililərə təlimat verdiyi təsbit olunub".

Strateq.az xəbər verir ki, bu iddialar Ankara Baş Prokurorluğu tərəfindən hazırlanaraq ABŞ-a çatdırmaq üçün Türkiyə Ədliyyə Nazirliyinə göndərilən 15 səhifəlik sənəddə yer alır.

İndiyə qədər deşifrə olunmayan FETÖ-çülərin təlimatlandırılmasının necə təsbit edildiyinə aydınlıq gətirilməyən sənəddə Fətullah Gülən bir neçə maddə üzrə ittiham olunur: "Xüsusi amansızlıqla qəsdən adam öldürmə, prezidentə sui-qəsd, konstitusiya nizamını, Türkiyə Böyük Millət Məclisini, hökuməti ortadan qaldırmağa təşəbbüs və silahlı terror təşkilatı qurmaq".

Gülənin müvəqqəti həbsi üçün hazırlanan sənəddə ABŞ ilə Türkiyə arasında ekstradisiya ilə bağlı Ədliyyə müqaviləsinin 10-cu maddəsi xatırladılaraq qeyd olunur: "Bu şəxs ölkəmizdə işlənən bir çox cinayətlərlə yanaşı, 15 iyul tarixində həyata keçirilən qanlı çevriliş təlimatını verən adam olmasından dolayı axtarışdadır".

Sənəddə həmçinin Fətullah Gülənin cinayətlərindən bəzi konkret faktların detalları da nəql olunur, Ərdoğana sui-qəsd cəhdinin göstərilməsi, Marmarisdə ailəsiylə birlikdə qaldığı otelin 30 FETÖ-çü tərəfindən basıldığı, ancaq Ərdoğanın çevriliş cəhdini öyrənər-öyrənməz qaldığı yerdən ayrılması və bu səbəbdən terrorçuların əlinə keçmədiyi iddia edilir.

Heydər

Strateq.az