XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 22:20

“NATO yarıyuxulu vəziyyətdədir, Rusiya 48 saata Avropaya qoşun çıxara bilər” –Xəbərdarlıq

nato ordu

NATO-nun keçmiş rəhbəri Richard Barrons avropalılara vahimə doğuran xəbərdarlıq edib.

"The Times" yazır ki, general Richard Barrons qəzetə müsahibəsində deyib ki, Avropa müdaxilədən qorunmaq üçün məxsusi plana malik olmasa, Rusiyanın tamamilə real hücumuna məruz qala bilər.

General bildirib ki, Rusiya istəsə, özünün döyüş təyyarələrini, gəmilərini və qoşunlarını 48 saat ərzində Avropa torpağına çıxara bilər.

Onun sözlərinə görə, hazırkı vəziyyəti ilə NATO bunun qarşısında hər hansı əks-həmləyə yalnız bir neçə aydan sonra qabil ola bilər.

Birləşmiş Qüvvələr Komandanlığının keçmiş rəisi xəbərdarlıq edib ki, Fransa, Almaniya və İtaliya kimi ölkələrin Rusiya təcavüzünə barmaqarası baxması quru, dəniz və hava məkanının itirilməsi ilə nəticələnə bilər.

General bunu da əlavə edib ki, Avropanın mərkəzində və cənubunda yerləşən ölkələr Vladimir Putinin ölkəsi ilə bilavasitə qonşu olan ölkələrin narahatlıqlarını lazımınca qiymətləndirmirlər.

"Hazırda Avropa İttifaqı ölkələrinin başı terror təhlükəsinə və miqrant axının qarşısını almağa qarışıb" – deyə, general bildirib.

"The Times" yazır ki, məhz belə bir vaxtda Moskva NATO ilə rəqabətə qabil təkmil hərbi texnikanın yaradılmasına investisiyalar yatırır.

"Əgər bütünlükdə NATO-nun döyüş qabiliyyətinə baxılarsa, bu qüvvə Rusiyadan güclüdür. Lakin bu qüvvə əsas etibarilə yarıyuxulu vəziyyətdədir" – deyə, general Richard Barrons vurğulayıb.

Onun fikrincə, bundan istifadə edən Rusiya Qərbə hücum etmək qərarı qəbul etsə, NATO böyük təzyiqlə üzləşəcək, çünki Rusiyanı dəf etmək üçün konkret döyüş planları yoxdur.

Lord Barrons "The Times" qəzetinə deyib ki, Avropanın şimalı, cənubu və mərkəzi arasında belə bir müdafiəyə dair konsensus mövcud deyil.

Məqalədə deyilir ki, Rusiyanlın Krımı ilhaq etməsi və Ukraynada hərbi təcavüzü beynəlxalq miqyasda güclü tənqid olunsa da, NATO Rusiyanın Avropaya mümkün müdaxiləsi üçün hərəkət planı hazırlamayıb.

General deyib ki, Baltik ölkələrinin hər birində 1000 nəfərlik əsgəri güc yerləşdirilsə də, onların Moskvanın mümkün zərbəsinə reaksiyası üzərində düşünülməyib. Lord Barrons mövcud planların yalnız vitrin olduğunu və real qüvvəni əks etdirmədiyini deyib (BBC).