XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 22:21

Rusiyalı nazir:"Sabah Həştərxanda ilk təlimlər olacaq"

rus

Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xəzəryanı regionun beş ölkəsinin növbəti birgə təlimlərinin keçirilməsi haqda razılığa gəliblər.

Bu barədə "RİA Novosti" xəbər yayıb.

Məlumata görə, Rusiya və Azərbaycanın fövqəladə hallar nazirliklərinin 2017-2019-cu illər üzrə əməkdaşlığının hərtərəfli planının imzalanmasının gedişatında Kəmaləddin Heydərov növbəti təlimləri Azərbaycanda keçirməyi təklif edib.

"Sabah Həştərxanda ilk təlimlər olacaq. Bundan sonra təlimlər hər il keçiriləcək. Biz burada – Azərbaycan ərazisində növbəti təlimlərin keçirilməsi haqqında təklifinizi dəstəkləyəcəyik", – deyə Puçkov bildirib.

Qeyd edək ki, təlimlər Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycanın iştirakı ilə keçirilir. (Report)