XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 05:04

Ərdoğandan maraqlı təklif:"Qoy TŞ-də, məsələn, 20 ölkə olsun"

erdogan

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan  BMT Baş Assambleyasının 71-ci iclasında  çıxışı zamanı təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağı təklif edib.

“Biz həmişə dünyanın “beşlikdən” (BMT TŞ-nin daimi üzvləri) daha böyük olduğunu deyirik. BMTTəhlükəsizlik Şurası İkinci Dünya Müharibəsi şəraitində yaradılıb, hazırkı şəraitdə o artıq effektiv fəaliyyət göstərə bilmir. İndi bütün dünyanın taleyi bu beş ölkənin əlindədir. Bu cür TŞ ədalətliliyi təmin edə bilmir. Üç Avropa ölkəsi, bir Asiya dövləti və ABŞ. Vəssalam. Bəs qalanları? Qoy TŞ-də, məsələn, 20 ölkə olsun, hansılar ki, öz növbəsində, qalan ölkələri təmsil edəcək”, – deyə Ərdoğan bildirib.

Ərdoğan TŞ-də demokratik və şəffaf islahatlar keçirməyi təklif edərək, bu islahatlardan “qorxmamağa” çağırıb.   (APA)