XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 11:13

“Bir neçə dövlətin dünyanı girov saxlaması qanunidirmi?” –BMT baş katibindən Ərdoğanı dəstək

Pan BMT

BMT-nin Baş Assambleyasında çıxış edən qurumun baş katibi Pan Gi Mun diplomatik etiketdən kənara çıxaraq dünya dövlətlərini tənqid atəşinə tutub.

BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edən baş katib dünyada mövcud olan ciddi problemlərin həll edilməməsində böyük dövlətləri ittiham edib.

"Mən dəfələrlə müşahidə etmişəm ki, geniş dəstək görən bir çox təşəbbüslərə bir və ya bir neçə dövlət tərəfindən veto qoyulub və bu təşəbbüsün həyata keçməsinin qarşısı alınıb. Bunu edən böyük dövlətlərdir.

Biz dəfələrlə BMT Təhlükəsizlik Şurasının həyati əhəmiyyət kəsb edən məhsuldar ideyaların həyata keçməsinə maneəçilik törətdiyinin şahidi olmuşuq. Məgər bir və ya bir neçə dövlətin öz gücündən istifadə edərək, dünyanı girov saxlaması qanunidirmi? Bütün bunlar yolverilməzdir!", deyə Pan Gi Mun BMT TŞ-nın üzvlərini tənqid atəşinə tutub.

Xatırladırıq ki, ondan əvvəl çıxış edən Türkiyə prezidenti Ərdoğan da dünyada baş verən proseslərə görə böyük dövlətlərin geosiyasi inhisarçılığını sərt tənqid etmişdi.

Ölkə.az