XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 11:27

Avropa İttifaqı Azərbaycana13,5 milyon avro ayırdı

Avropa

Avropa İttifaqı (Aİ) Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə dəstəyi davam etdirməyi nəzərdə tutan yardım paketini açıqlayıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, 13,5 milyon məbləğində fond əsas hökumət idarələrini yardımla təmin edərək kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılmasını və ixrac imkanlarının genişləndirilməsini, həmçinin biznes mühitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayacaq.

Texniki Əməkdaşlıq İmkanı proqramı kiçik və orta biznesin rəqabət qabiliyyətinin və ixrac fəaliyyətlərinin artırılması və nəticə etibarilə ölkənin qeyri-neft ümumi daxili məhsulunun artımı və iş yerləri açmaq imkanını yüksəltməyi hədəf götürəcək, müəssisələrin müasirləşməsini, həmçinin tənzimləyici və operativ mühiti dəstəkləyəcək. Proqram bacarıqların və sahibkarlığın gələcək inkişafı, maliyyə və beynəlmiləlləşdirməyə keçid üçün səriştənin yaradılmasını diqqət mərkəzində saxlayacaq.

Bu təşəbbüs, həmçinin mübahisələrin alternativ həlli yolları təqdim edəcək, bu da öz növbəsində biznes mühitinin inkişafına töhfə verəcək. Bundan əlavə, vətəndaşlar, xüsusilə müdafiəsiz qruplar ondan birbaşa yararlanacaqlar.

Bununla yanaşı, proqram Azərbaycandakı əsas maliyyə institutlarının dövlət xərcləri və gəlir yığımının səmərəliliyinin inkişafını, beləliklə ən yaxşı Aİ təcrübə və standartlarına uyğun olaraq məsuliyyəti artıraraq dəstəkləyəcək.

Bu ikitərəfli yardım paketi Aİ və Azərbaycanın bir neçə əməkdaşlıq sahəsində irəliləmək istəyini təsdiqləyir və yeni ikitərəfli sazişin gələcək müzakirələrini dəstəkləyəcək.