XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 13:10

“FED uçot dərəcəsini qaldırarsa, dünyanın maliyyə bazarı çalxalanacaq” –Ekspert

samir eliyev

"Proseslər göstərir ki, FED-in uçot dərəcələrini nə bu gün, nə də noyabr iclasında qaldırması ehtimalı azdır. Açığı dekabr iclasında da artımın olacağı sual altındadır".

Strateq.az xəbər verir ki, bunu istisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, FED uzun müddətdir ki, bazarı gərginlikdə saxlayır, ancaq getdikcə bazar iştirakçılarının FED-in açıqlamalarına etibarı azalır:

"Bu isə ABŞ Mərkəzi Bankının reputasiyasına zərbə vurmaqla yanaşı, təhlükəli haldır. Çünki bazarın FED qərarına gözləntisinin düzgün qurulmaması, çalxalanmalara rəvac verə bilər.

Təsəvvür edin ki, FED bu gün uçot dərəcəsini qaldırır, amma bazar buna hazır deyil. Belə vəziyyətdə dünyanın maliyyə bazarı çalxalanacaq. Bu isə ən azı FED-ə lazım deyil…".

Strateq.az