XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 16:48

Aydın Əliyev:"İş adamlarının imtiyazlardan sui-istifadə etməsi qanun pozuntularına yol açır"

"Bəzi iş adamları və vətəndaşların onlara verilmiş imtiyazlardan sui-istifadə etməsi qanun pozuntularına yol açır".

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərhədyanı bölgələrdə yaşayan vətəndaşlar bəzi məhsulları, xüsusilə siqaretləri istehlak məqsədi üçün gətirir, sonra isə satışa çıxarır.

A.Əliyevin sözlərinə görə, artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir.

“Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaretlə bağlı qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir”, – deyə A.Əliyev vurğulayıb.