XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 10:26

ABŞ-dan dollar xəbərdarlığı:"İlin sonunadək uçot dərəcəsi qalxacaq”

canet-fed

“Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir”.

Bunu ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir.

“Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”, – deyə, C.Yellen bildirib.

FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər. 

APA