XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 10:31

İsrail parlamentinin sədr müavini:“İsrail dövləti bu gün ona görə var ki, bu hadisə bir daha baş verməsin"

hilk

“Mən arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun”.

Bu sözləri İsrailə səfər edən azərbaycanlı jurnalistlərə açıqlamasında İsrail Fəhlə (“Avoda”) Partiyasının baş katibi, Knessetin (parlament) sədr müavini Hilik Bar deyib. O bildirib ki, İsrail də münaqişə tərəfidir və indiyə kimi Misir və İordaniya ilə arasında olan münaqişəni həll etməyə nail olub: “Arzu edirəm ki, azərbaycanlılar və ermənilər bir araya gəlmək üçün iradə tapsınlar və bütün narazılıqları həll etsinlər. Nəticədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olsunlar”.
 
H. Bar erməni tərəfinin uydurma “erməni soyqırımı”nı Holokostla müqayisə etmək cəhdləri ilə bağlı suala belə cavab verib: “Holokostdan xilas olmuş şəxsin nəvəsi və bu faciəni yaşamış xalqın nümayəndəsi kimi deyə bilərəm ki, heç nə Holokostla müqayisə edilə və eyniləşdirilə bilməz. Bu, o demək deyil ki, dünyanın başqa yerlərində qırğınlar olmur. Suriyada insanlar hər gün öldürülür, lakin bu, Holokostla müqayisə edilə bilməz. Təəssüf ki, yəhudi xalqının başına ən dəhşətli, pis və fərqli faciə gəlib. İsrail dövləti bu gün ona görə var ki, bu hadisə bir daha baş verməsin”.
(APA)