XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 10:44

Spikerdən deputata irad: “Elə buna görə də, əlavə vaxt vermirəm”

oqtay-zahid.jpg

Bu gün Milli Məclisdə hökumətin hesabatında maraqlı məqam yaşanıb
Deputat Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan əlavə daha beş dəqiqə artıq danışmaq istədiyini deyib. Deputat Həcc ziyarətində olan həmkarı Madər Musayevin öz çıxış vaxtını ona verdiyini qeyd edib və əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq.
Spiker Oqtay Əsədovun isə buna cavabı çox maraqlı olub: “Siz nə vaxtdan hacı olmusunuz? Sizə kim vaxtını verib?”.
Zahid Oruc belə cavab verib: “Deputat həmkarım Hacı Madər 5 dəqiqəlik çıxışını mənə həvalə etdi. Həm də qeyd etdi ki, inşallah növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”.
Spiker də ” Elə buna görə də, əlavə vaxt vermirəm”, – deyə, deputata cavab verib.(azvision.az)