XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 12:35

Nazir müavini:"İstehsal etdiyimiz müasir silah və texnikalar beynəlxalq aləmdə tanınıb və sınaqdan keçirilib"

muavin

Azərbaycanda istehsal olunan müasir silah və texnikalar artıq beynəlxalq aləmdə kifayət qədər tanınıb və sınaqdan keçirilib.

Bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Nazir bildirib ki, artıq Azərbaycanın istehsal etdiyi müasir standartlara cavab verən silah və texnikalar xaricə ixrac edilir: "Beynəlxalq sərgilərdə biz müdafiə təyinatlı məlumatları nümayiş etdirmişik və tanıtdırmışıq. Bizim istehsal etdiyimiz müdafiə məmulatları xaricdə kifayət dər tanınıb və bəyənilib. Beynəlxalq sərgilərdə Azərbaycan hərbi məmulatları dəflərlə nümayiş edilib. Bu ilk sərgi deyil. Budəfəki sərgi 3 gün olacaq. Ötən il mümkün qədər əhali sərgidə iştirak edə bilmədi. Bu il 4-cü gün açıq qapı keçiriləcək və istənilən şəxs sərgidə nümayiş olunan silah və texnikalarla tanış olacaq". (Trend)