XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 17:43

Taciklər də Güləndən üz döndərdi

gulen

Tacikistan da Fəthullah Gülən məktəblərindən üz döndərir.

Strateq.az xəbər verir ki, ölkə “Dialoq” adıyla fəaliyyət göstərən fəthullahçı qurum bağlanıb.

"Ozod" radiosunun bildirdiyinə görə, Düşənbənin Rudaki prospektində yerləşən "Dialoq" təşkilatı kirayəyə götürdükləri binanı boşaldır. Qurumun rəhbəri Emsal Koç iki gün öncə radioya verdiyi müsahibəsində bağlanma faktını təkzib etsə də, “işlərini müvəqqəti təxirə saldıqlarını” gizlətməyib:

"Tacikistandakı bu təşkilat fəaliyyətini maliyyə problemlərdən dolayı müvəqqəti olaraq təxirə saldı".

"Dialoq"un yerli rəhbərlərindən olan professor Nadir Odilov da bağlanma faktına aydınlıq gətirib. Onun sözlərinə görə, təşkilat 9 il Tacikistanda mədəniyyət, elm və təhsil sahəsində xidmət göstərib: “Təəssüf ki, maliyyə çatışmazlığı üzündən indi bağlanmağa məhkumdur".

 Bildirildiyinə görə, gülənçilər Tacikistanda ilk məktəbini 1992-ci ildə açıblar. Son 10 ildə bu məktəblərin məqsədləriylə bağlı müzakirələr aparılıb və bağlanılması tələb olunub. 'Şəlalə Təhsil Ocaqları” adlı şirkətin nəzarətində olan və "Tacik-Türk Litseyi" adını daşıyan məktəblər paytaxt Düşənbədə və bəzi şəhərlərdə fəaliyyət göstəririb.

Tacikistanda ötən il FETÖ-yə aid olan məktəblərin adları dəyişdirilmiş və dövlət litseyi halına gətirilmişdi. İndisə Gülən məktəblərinin kitabı tamamilə bağlanıb.

Strateq.az