XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 20:07

Zaxarovadan Sabiranə müraciət:“Məqsədiniz Rusiyaya qarşı sanksiyaları uzatmaqdır”

zaxarova1

"Ukraynalı qardaşlarım! Daha çox səy göstərin. Nəticələrini düşünməyin. Sizin məqsədiniz Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaqdır! Bunu gündə üç dəfə təkrar edin və uşaqlarınızın xoşbəxtliyi sizin üçün təsəlli olsun".

Strateq.az xəbər verir ki, bu yarırişxənd, yarıqınaq dolu sözlər Rusiyanın Xarici İşlər Nazirinin sözşüsü Mariya Zaxarovaya aiddir.

Xanım diplomat özünün facebook statusunda qələmə aldığı həmin fikirlər ABŞ-ın vitse-prezidenti Coe Baydenə ünvanlanıb.

Qeyd edək ki, Coe Bayden Ukrayna prezidenti Pyotr Poroşenkonun "bəzi AB ölkələri Rusiyaya sanksiyaların qaldırılmasını istəyir" gileyinə xeyli mübahisələrə səbəb olan cavab vermişdi. ABŞ-ın ikinci adamı Ukrayna prezidentinə bəzi iqtisadi və siyasi islahatlarla bağlı öhdəlik götürdüyünü xatırlatmış, öz vədinə əməl etmədikcə, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalara son verməsinin daha tez-tez görəcəyini bildirmişdi. Bir növ, Rusiyaya qarşı sanksiyaların ləğviylə Ukraynanı təhdid etmiş və onu islahatlara çağırmışdı.

Görünən budur ki, Zaxarova da Baydenin xəbərdarlığını özünəməxsus üslubla şərh edərək, ABŞ-ın rəsmi Kiyevə biçdiyi missiyanın Rusiya düşmənçiliyi olduğunu, onun dövlət maraqlarına zərrə qədər əhəmiyyət vermədiyini Sabiranə şəkildə Ukrayna hökumətinə başa salmaq istəyib.