XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 23:43

Həmsədrlərdən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı –Bəyanat

atet sedri

ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar.

Bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyu (Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münqaişəsinin həllinə dair danışıqlar aparmaq üçün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirib.

Görüş zamanı biz Vyana və Sankt-Peterburq Sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verdik. Xüsusilə də münaqişənin həllinə yönələn danışıqlar üçün münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik.

Biz yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq".

APA.az