XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 10:31

Türkiyədə səhhəti pisləşən Qırğızıstan prezidenti –Moskvaya aparıldı

atambayev

Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev müalicəsini Rusiyada davam etdirəcək.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, dövlət başçısı rusiyalı həkimlərin dəvəti ilə Moskvaya gedib.

A.Atambayev Rusiya paytaxtındakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunacaq.

Xatırladaq ki, Qırğız Respublikası prezidentinin mətbuat xidməti A.Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Məzuniyyət oktyabrın 1-də başa çatacaq. 

Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi.