XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2016 - 18:18

“O zaman niyə İlham Əliyev prezident olmasın?!” –Sabiq nazirdən açıqlama

 eli-nagiyev

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev sentyabrın 26-da keçiriləcək referendumla bağlı fikirlərini bölüşüb.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, o, referendumda ortaya qoyulacaq Konstitusiyaya edilən dəyişikliklərin hüquqi sənəd kimi çox önəmli olduğunu bildirib:

“Prezident idarəçiliyini möhkəmləndirmək üçün referendumun keçirilməsi lazımdırsa, bunu alqışlayıram. Eyni zamanda, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə rəhbərlik edən Şahin Əliyevi çox professional bir insan kimi tanıyıram və hazırladığı sənədin hüquqi sənəd kimi beynəlxalq standartlara cavab verə bilməsinə şübhəm yoxdur.

2009-cu ildə keçirilən referendum zamanı Minsk şəhərində səfir idim. Həmin vaxt səfirlik olaraq referendumu dəstəkləmişik. Səsvermə prosesi də yüksək səviyyədə keçirilib”.

Sabiq nazir əlavə edib ki, bu gün də, sabah da İlham Əliyevdən yaxşı prezident görmür:

“Dəfələrlə müsahibəmdə demişəm ki, İlham Əliyev hələ uzun illər prezident kimi Azərbaycana lazımdır. Bu məmləkətdə bir çox problemlərin həll edilməsinə İlham Əliyev başlayıb və bunu da axıra çatdırmalıdır. Bundan sonra da bu işlər davamlı olaraq həyata keçirilməlidir.

Fikir verin. Nazarbayevin bu gün-sabah 80 yaşı olacaq. Hələ də prezidentdir. Prezident İlham Əliyevin isə 55 yaşı var. O zaman niyə İlham Əliyev prezident olmasın?!

Ümumiyyətlə, qışqırmaqla demokratiya yaratmaq olmur. Demokratiya yaratmaq üçün öncə, mühiti yaratmaq lazımdır. Mühiti yaratmaq üçün respublikada inkişaf olmalıdır. İnsanları demokratiya idarəçiliyi səviyyəsinə gətirib çıxarmaq lazımdır. Bir neçə ay öncə Türkiyədə nələrin baş verdiyinin şahidi olduq. Həmin hadisələrin Azərbaycanda təkrarlanmağına imkan vermək olmaz. Bu gün “kimsə gəlib İlham Əliyevdən yaxşı prezident olacaq” fikirlərinə gəlincə, beləsini mən görmürəm.

Bütün istiqamətlərdə dövlət başçısı kimi İlham Əliyevin həyata keçirdiyi siyasəti düzgün hesab edirəm. Bu gün Azərbaycanda yüksək səviyyədə idarəetmə sistemi mövcuddur və onun daha da təkmilləşdirilməsini alqışlamaq lazımdır”.