XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 18:41

“Rusiya Ermənistan və Azərbaycan arasında balans yaradır” –"Stratfor"un şərhi

isg%c9%99nd%c9%99r

ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgə strukturu” hesab edilən “Stratfor” Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsinin səbəblərini təhlil edib.

Mərkəzin analitikləri Rusiyanın bu raketləri Ermənistana verməklə Qarabağda yeni müharibə istəmədiyini nümayiş etdirdiyi qənaətinə gəliblər.

“İsgəndər”lərə dair sövdələşmə bunun bariz nümunəsidir ki, Rusiyanın hərəkətləri Ermənistanın və Azərbaycanın hərbi imkanları arasında qüvvələr balansının saxlanılmasına yönəlib. Bu da müharibənin deyil, qüvvələr balansının stimullaşdırılmasından xəbər verir” – mərkəzin analitik qeydlərində bildirilir.

“Stratfor” sentyabrın 21-də dərc etdiyi analitik məqaləsində qeyd edir k i, Ermənistanın “İsgəndər” komplekslərinə malik olması apreldə Xankəndini bombalamaqla hədələyən Azərbaycan üçün “ciddi çəkindirici amil” hesab oluna bilər.

Xatırladaq ki, sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda bir diviziyon (4 kompleks) “İsgəndər” raketi nümayiş etdirilib. Aparıcı bu raketlərin “Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinə xidmət edəcəyini” elan edib. Raketlər hələ ötən həftə hərbi paradın məşqlərində görünmüşdü. O vaxtdan etibarən Rusiya rəsmilərindən Ermənistana “İsgəndər” raketlərinin verilməsinə dair heç bir şərh yoxdur.

Virtualaz.org